Sabah Bakı Apellyasiya Məhkəməsində Qubad İbadoğlu barəsində seçilmiş həbs qərarından verilən apellyasiya şikayətinə baxılacaq.
Tribuna.az xəbər verir ki, bu barədə onun qızı Jalə Bayramova məlumat yayıb.
O qeyd edib ki, iclasın saat 12:30-da keçirilməsi nəzərdə tutulub.









