“Sabah” Çempionlar Liqasının “pley-off”unda!

“Sabah” Çempionlar Liqasının “pley-off”unda!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib. 

Tribuna.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da bu gün meydana çıxıb.

Valdas Dambrauskasın komandası öz meydanında Danimarka çempionu “Orhus”la qarşılaşıb. Matç “Sabah”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, paytaxt təmsilçisi Avropa Liqasının Liqa mərhələsini təmin edib.

Tərəflər arasında Danimarkada keçirilən ilk matçda “Orhus” 2:1 hesablı qələbə qazanıb.

“Sabah” pley-off mərhələsində “Srvena Zvezda” – “Hapoel” (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq.

“Orhus” isə Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

11 avqust

20:00. “Sabah” (Azərbaycan) – “Orhus” (Danimarka) – 4:0 

Qollar: Velko Simiç, 59, Stiv Solvet, 67, Coy-Lens Mikels, 79, Xander Severina, 89

İlk oyun – 1:2

Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrard, Erik Vattellier

VAR: Bastien Deşepi

AVAR: Nikolya Rainvill (hamısı Fransa)

“Bank Respublika Arena”