Oktyabr ayının VƏTƏNDAŞ QƏBULU cədvəli

Oktyabr ayının VƏTƏNDAŞ QƏBULU cədvəli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilin oktyabr ayında mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu keçiriləcək.

Tribuna.az xəbər verir ki, qəbul günləri və əhatə olunan rayonların siyahısı açıqlanıb.

Belə ki, 2 oktyabrda ədliyyə naziri Fərid Əhmədov Xankəndidə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kürdəmirdə, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şirvanda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağdaşda, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov isə Mingəçevirdə vətəndaşları qəbul edəcək.

7 oktyabrda daxili işlər naziri Vilayət Eyvazov Şəkidə, Baş prokuror Kamran Əliyev isə Gəncədə qəbul keçirəcək.

9 oktyabrda gənclər və idman naziri Fərid Qayıbov Abşeronda vətəndaşlarla görüşəcək.

16 oktyabrda ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Yevlaxda, mədəniyyət naziri Adil Kərimli Füzulidə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qəbələdə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Cəbrayılda, TƏBİB-in icraçı direktoru Anar Bayramov isə Qubada vətəndaşları qəbul edəcək.

22 oktyabrda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ağdamda qəbul keçirəcək.

23 oktyabrda energetika naziri Pərviz Şahbazov Naxçıvanda, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qaxda, iqtisadiyyat naziri Mikayıl Cabbarov Füzulidə, kənd təsərrüfatı naziri Məcnun Məmmədov İmişlidə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Şuşada, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli Laçında, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Sumqayıtda, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağcabədidə vətəndaşların qəbulunu həyata keçirəcək.

Həmin gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin də Laçında qəbul keçirəcəyi nəzərdə tutulub.

30 oktyabrda elm və təhsil naziri Emin Əmrullayev Naxçıvanda, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Şuşada, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə İmişlidə vətəndaşları qəbul edəcək.

Qəbul günlərində rəhbər şəxslər qeyd olunan şəhər və rayonların sakinlərinin müraciətlərini dinləyəcəklər.

Qeyd edək ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.