Generalın ardından, kəşfiyyat rəisi də öldürüldü

Generalın ardından, kəşfiyyat rəisi də öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər vermişdik ki, ötən gün İranın Sistan-Bəluçistan əyalətinin Sərəvan şəhərində hərbi qüvvələrlə silahlı şəxslər arasında bir neçə saat davam edən silahlı toqquşma baş verib.

Tribuna.az bildirir ki, həmin toqquşma zamanı “Səccad” əməliyyat qərargahının əməliyyat komandanı, briqada generalı Hüseyn Zərifi öldürülmüşdü.

Məlumatda o da qeyd edilirdi ki, generalla yanaşı, daha 13 SEPAH hərbçisi də yaralanıb.

Bu gün isə məlum olub ki, iranlı generalla bərabər, “Səccad” əməliyyat qərargahının kəşfiyyat rəisi Əhməd Herati Zəraəti də atışma zamanı qətlə yetirilib.

Hadisənin məsuliyyətini heç bir təşkilat üzərinə götürməyib.

Fərda Uğur