Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək.
Tribuna.az xəbər verir ki, ilk olaraq “Formula 2″də sprint yarışı keçirilir.
Daha sonra “Formula 1″də üçüncü sərbəst yürüş gerçəkləşəcək.
Ardınca iki dərəcəli pilotların ilk əsas yarışı, “Formula 1″də isə sıralama turu baş tutacaq.
Azərbaycan Qran-prisində ikinci günün proqramı
25 sentyabr
08:15. “Formula 2”: Sprint yarışı
12:30. “Formula 1”: Üçüncü sərbəst yürüş
14:15. “Formula 2”: Birinci əsas yarış
16:00. “Formula 1”: Sıralama turu
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.









