Millətlər Liqası: Türkiyə Fransaya məğlub oldu

Millətlər Liqası: Türkiyə Fransaya məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Millətlər Liqasının I turunda növbəti qarşılaşmalar keçirilib.

Tribuna.az -ın məlumatına görə, A, B və C Liqalarında ümmumilikdə 8 görüş baş tutub.

A Liqasında yer alan Türkiyə millisi evdə Fransanı qəbul edib. Matç qonaqların 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb. Belçika isə səfərdə İtaliyanı 2:0 hesabı ilə məğlub edib.

UEFA Millətlər Liqası

I tur

A Liqası

I qrup

22:45. İtaliya – Belçika – 0:2

22:45. Türkiyə – Fransa – 0:1

B Liqası

II qrup

20:00. Gürcüstan – Şimali İrlandiya – 0:1

22:45. Macarıstan – Ukrayna – 0:1

IV qrup

22:45. Polşa – Bosniya və Herseqovina – 0:0

22:45. İsveç – Rumıniya – 2:1

C Liqası

II qrup

20:00. Ermənistan – Latviya – 2:0

22:45. Monteneqro – Kipr – 2:1

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk matçını sentyabrın 27-də səfərdə Litva seçməsinə qarşı keçirəcək.