Ekspert: “ABŞ-ın sıxışdırması İran elitasını parçalaya bilər”

Ekspert: “ABŞ-ın sıxışdırması İran elitasını parçalaya bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, ABŞ İrana sərt sanksiyalar tətbiq edib.

Tribuna.az xəbər verir ki, artıq İran aviasiyası çıxılmaz duruma düşüb.

Belə ki, sərnişin daşıyan təyyarələrin xarici ölkələrə uçuşları dayanıb. Hətta qonşu ölkələrə uçuş zamanı məhduiyyətlərin 90 faizə çatdığı bildirilir.

İranlı ekspert Ruhullah Rəhimpur hesab edir ki, ABŞ-ın bununla bağlı planları daha fərqli ola bilər. “Amerika iqtisadi təzyiqin hökumətin zirvəsində parçalanmaya səbəb olacağını gözləyir”.

O hesab edir ki, fikir ayrılığı məsələsi bəzi məqamlarda özünü göstərir. Buna misal olaraq, İran XİN başçısı Abbas Əraqçının Nyu Yorkda ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkoffla görüşünə Tehran mollalarının sərt etiraz etməsini göstərib.

Fərda Uğur