KOBİA ofisini 134 minə təmizlətdirəcək

KOBİA ofisini 134 minə təmizlətdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiçik və Orta Viznesin İnkişafı Agentliyi (KOBİA) növbəti tenderinin nəticəsini açıqlayıb.

Tribuna.az xəbər verir ki, qurum yerləşdiyi binanın təmizlənməsi üçün xidmətləri satın alıb.

Belə ki, “LİFE SERVİCES” MMC ilə əldə olunmuş razılaşmaya görə, bir il müddətinə təmizlik işlərinin görülməsi üçün 134 min 601 manat ödəniş ediləcək. Ödənişə ofisin daxili ilə yanaşı, bir il ərazində şüşələrinin çöldən 3 dəfə təmizlənməsi də razılaşdırılıb.

Fərda Uğur