“Proses dayanmayıb, yavaşlayıb. Ermənistanın Türkiyə ilə sərhədi açılmalıdır. Mən bunu daha çox Ermənistanla Azərbaycan arasında baş verən proseslərin başa çatması və necə deyərlər, dönməzlik nöqtəsinin keçməsi ilə əlaqələndirirəm”.
Tribuna.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
O bildirib ki, əgər fürsət yaranarsa Ermənistan Azərbaycan və İrandan da qaz alacaq. “-“Yaxın gələcəkdə Türkiyə ilə sərhədi açacağıq, Azərbaycanla yekun diplomatik münasibətlər quracağıq, region ölkələri arasında hər cəhətdən sülh və əməkdaşlıq olacaq: iqtisadi, siyasi, bütün mümkün yerlərdə Azərbaycanla demarkasiya və sərhədlərin müəyyənləşdirilməsi prosesini başa çatdıracağıq”.
Simonyan sonda bildirib ki, Ermənistanın artıq Azərbaycanla münaqişəsi yoxdur. “Bu gün bizim siyasi bədəl ödəmək problemi yoxdur”.
Fərda Uğur









