Lənkəranda ata körpəsini döydü

Lənkəranda ata körpəsini döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) bu gün saat 05:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, azyaşlıya dəqiqləşdirilməmiş sağ gözaltı nahiyədə, sol qulağında, sifətində və kürək nahiyəsində qançır diaqnozları təyin olunub. Xəsarət alan azyaşlıya zəruri tibbi xidmətlər göstərilib, müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyəti stabil qiymətləndirilir.

***

11:17

Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülməsi faktı ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Bildirilib ki,hazırda qeyd edilən faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

Qeyd edək ki, 2023-cü il təvəllüdlü Ə.E müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir.

Uşağın səhhəti və təhlükəsizliyi nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparılır.