Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib.
Tribuna.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında bu gün Qərar qəbul edilib.
Qərara əsasən, Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan MR təhsil naziri vəzifəsindən azad edilib.
Qeyd edək ki, Elxan Nəcəfov bu vəzifəyə 2024-cü ilin may ayında təyin edilmişdi.









