Xırdalan-Sumqayıt qatarı fəaliyyətə başlayır

Xırdalan-Sumqayıt qatarı fəaliyyətə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalan-Sumqayıt xətti üzrə qatarların hərəkəti yaxın vaxtlarda bərpa ediləcək.

Tribuna.az xəbər verir ki, bu barədə oxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib.

O qeyd edib ki, bu xətt üzrə qatarların fəaliyyəti sentyabrın 15-dən bərpa edilməli idi, lakin həmin xətt üzrə Biləcəri-Xırdalan sahəsindəki körpünün təmiri işləri ilə əlaqədar plan dəyişdi:

“Diaqnostika-infrastruktur qatarının monitorinqi zamanı həmin körpünün təmiri işlərinə başlanmasına zərurət yarandı. Yaxın vaxtlarda həmin körpüdə təmir işləri başa çatacaq, yoxlanışdan sonra sərnişin qatarları yenidən həmin xəttə buraxılacaq”.