Dünyanın gözü aylardır Ukraynadan gələn xəbərlərdədir… Müharibə tam sürətlə davam edərkən Ermənistanın BHM-in bu addımı Moskvanı qəzəbləndirib.
Tribuna.az Hürriyet-ə istinadən xəbər verir ki, Rusiya Ermənistanın bu təşəbbüsünün “ciddi nəticələrə” səbəb olacağını bəyan edib.
Baxmut müharibəsi bütün sürətlə davam edərkən, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya lideri Vladimir Putini ukraynalı uşaqların Rusiyaya qaçaqmalçılıq yolu ilə gətirdiyi iddialarına görə axtarışda olan şəxs elan edib.
Bu qərarın əks-sədaları davam edərkən, Ermənistandan alovlu bir hərəkət gəldi.
Ermənistan Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmaq üçün Roma Statutunun qəbul edilməsi prosesinə başlayıb.
Ermənistanın bu addımına Rusiyadan sərt reaksiya gəlib. Rusiyanın rəsmi Xəbər agentliyi RİA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə Ermənistanın məhkəmənin tərəflərindən biri olmasının “qəbuledilməz” olduğunu bildirib.
Ermənistanda Ali Məhkəmə Roma Statutunu təsdiqlədi; İndi parlamentin sazişi qəbul edəcəyi gözlənilirdi.









