Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətinin Kolomna şəhərində (Rusiya) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Tribuna.az yerli KİV-lərə istinadən xəbər verir ki, hava gəmisi Stupino şəhər dairəsindəki “Torbeyevo-Start” aerodromunda planlı uçuş həyata keçirib.

İlkin məlumata görə, qəzanın qurbanı iki nəfər olub.

Təyyarənin vəziyyəti barədə məlumat verilmir.