Rusiyada 40 israilli saxlanıldı

Rusiyada 40 israilli saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada yerləşən Domodedovo hava limanında təxminən 40 İsrail vətəndaşı saxlanılıb.

 Tribuna.az xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları sərnişinləri pasport nəzarəti zamanı saxlayaraq saatlarla dindirib.

Saxlanılanlar arasında uşaqların da olduğu bildirilir. İddialara əsasən, yoxlama zamanı onların mobil telefonları araşdırılıb və İran-İsrail münaqişəsi ilə bağlı suallar verilib.

Hadisədən sonra Təl-Əviv administrasiyası vətəndaşlarını Rusiyaya səfər edərkən daha ehtiyatlı olmağa çağırıb.