Rusiya vətəndaşlığını qəbul edənlərin sayı son üç ildə ilk dəfə azalıb

Rusiya vətəndaşlığını qəbul edənlərin sayı son üç ildə ilk dəfə azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2022-ci ildə Rusiya vətəndaşlığını qəbul edən xarici vətəndaşların sayı 2021-ci illə müqayisədə 6,4% azalıb. Onların sayı 691 min nəfərdən çox olub.

Tribuna.az xəbər verir ki, RBC-nın Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin statistikasına istinadən verdiyi məlumata görə, bir il əvvəl 735 mindən çox insana Rusiya vətəndaşlığı verilməsi barədə qərar qəbul edilib.

Nəşr aydınlaşdırır ki, 2022-ci ildə rusiyalı olanların əksəriyyəti Ukrayna vətəndaşlarıdır: demək olar ki, 297 min nəfər.
İkinci yerdə Tacikistan, üçüncü yerdə Ermənistan vətəndaşları olub.
İnsan Hüquqları üzrə Müvəkkil Tatyana Moskalkova daha əvvəl bildirmişdi ki, fevraldan bəri Ukraynadan Rusiyaya 5 milyon qaçqın gəlib ki, onların da 700 mindən çoxu uşaq olub.