RUSİYA UKRAYNA ŞƏHƏRLƏRİNƏ RAKET ZƏRBƏLƏRİ ENDİRİB – LİMANDA ENERJİ OBYEKTİ MƏHV OLUB

RUSİYA UKRAYNA ŞƏHƏRLƏRİNƏ RAKET ZƏRBƏLƏRİ ENDİRİB – LİMANDA ENERJİ OBYEKTİ MƏHV OLUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya raketləri bu gün səhər saatlarında paytaxt Kiyev, Qara dəniz limanı Odessa və ikinci Xarkov şəhəri də daxil olmaqla, Ukraynanın müxtəlif şəhərlərinə zərbələr endirib, ukraynalı müdafiəçilər isə mühasirədə olan Baxmut şəhərinə şiddətli hücumları dəf ediblər.

Tribuna.az Reuters-ə istinadən xəbər verir ki, raketlər qərbdə Jitomir, Vinnitsa və Rivnedən tutmuş Ukraynanın mərkəzindəki Dnepr və Poltavaya qədər uzanan şəhərlər də daxil olmaqla geniş hədəfləri vurub.

Kiyev meri Vitali Kliçko bildirib ki, şəhərin cənub-qərb hissəsində partlayışlar qeydə alınıb və xilasedicilər yoldadır. Bəzi sakinlər elektrik enerjisinin kəsildiyini bildiriblər.

Həlak olanlar barədə məlumat yoxdur.

Odessa vilayətinin qubernatoru Maksim Marçenko Telegram-da bildirib ki, kütləvi raket hücumu liman şəhərindəki enerji obyektinə düşüb və elektrik enerjisi kəsilib. Yaşayış sahələrinə də ziyan dəyib.