Rusiyanın Ukraynaya vəhşicəsinə soxulması, işğalı genişləndirilməsi cəhdindən 1 il keçir. Ukrayna xalqının “Rus Ayısı” qarşısında 1 il qəhrəmancasına dözməsi, hətta çox ciddi müqavimət göstərməsi hamı üçün gözlənilməz olsa da, Ukrayna xalqı üçün sürpriz olmadı – çünki, öz torpaqları, haqq işi, işğala qarşı mübarizə aparan xalqların motivasiyası həmişə daha güclü olur.
Tribuna.az yazır ki, bu sözləri “Real” partiyasının üzvü Natiq Cəfərli deyib. O bildirib ki, bu gün Ukraynalıların ən böyük silahı bir tək Qərbin hərbi yardımları deyil, həm də məhz motivasiyalarıdır:
“Rusiyanın işğalçı müharibəsinin ildönümündə bütün dünyadan Ukraynaya dəstək mesajları, Kiyevə səfərlər artır. Ukrayna xalqı bu gün bir tək öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda deyil də, bütün post-sovet məkanı üçün mübarizə aparır”.









