“Priqojin və tərəfdarlarının etdikləri silahlı üsyandır. Priqojin Vaqner döyüşçülərini öz cinayətkar avantürasına sürükləyir”, – Rusiya Müdafiə Nazirliyi bildirib.
Tribuna.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Vaqner döyüşçülərinə çağırış edilib.
Bəyanatda elan edilib ki, muzdlulardan ayıq-sayıq olmaları və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağı xahiş etməklə hər kəsin təhlükəsizliyinə zəmanət verilir.









