Donetsk Xalq Respublikası rəhbərinin səlahiyyətlərini icra edən müşaviri bildirib ki, rus qoşunları Uqledara daxil olub və şəhərin kənarında döyüşürlər.
Tribuna.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, RT kanalı Ukrayna Silahlı Qüvvələrinin Uqledar yaxınlığındakı Rusiya mövqelərinə əks-hücum etməyə cəhd etdiyini və 200 nəfəri itirdiyini bildirmişdi.
Eyni zamanda fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.









