Üç kosmonavt təzyiq səbəbindən Rusiyanın kosmik stansiyasında qapalı qalıb. Rusiya kosmonavtların geri qaytarılmasının sentyabr ayına təxirə salındığını açıqlayıb.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Rusiya Kosmik Agentliyi Roskosmos bildirib ki, keçən il geri dönüş kapsulunda təzyiq sızması səbəbindən qapalı qalan üç kosmonavt sentyabrda Soyuz MS-23 ehtiyat kapsulu ilə geri qayıda biləcək.
TASS xəbər agentliyinin məlumatına görə, Roskosmos, “Əvvəlcə Sergey Prokopyev, Dmitri Petelin və Fransisko Rubio 2023-cü il martın 28-də “Soyuz MS-22″yə enməli idilər. İndi bu, “Soyuz MS-23” gəmisində 2023-cü ilin sentyabrında baş verməlidir.
Həm NASA, həm də Roskosmos sızmanın mikrometeoroidin, kiçik kosmik qaya hissəciyinin yüksək sürətlə kapsula çırpılması nəticəsində baş verdiyinə inanır.
Tribuna.az









