Müğənni Rüfət Axundovn bahalı retro avtomobili ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib.
Tribuna.az xəbər verir ki, sənətçinin köməkçisi Qaynarinfo-ya açıqlamasında videonun yeni olmadığını bildirib və vurğulayıb ki, sözügedən video 3-4 il əvvəl çəkilib, indi isə yenidən paylaşılıb:
“Rüfət Axundov hazırda Bakıda deyil, xarici ölkələrdən birində istirahətdədir. Söhbət onun indiki avtomobilindən gedirsə, qeyd edim ki, hazırda istifadə etdiyi maşın retro avtomobil deyil”.
Qeyd edək ki, sosial şəbəkələrdə Rüfət Axundovun bahalı “Volqa” markalı avtomobillə görüntüləri yayılıb.
Paylaşımda ən çox diqqət çəkən məqamlardan biri isə avtomobilin üzərindəki 90-RA-333 dövlət qeydiyyat nişanı olub.










