Rihannadan cəsarətli Milad fotosessiyası

Rihannadan cəsarətli Milad fotosessiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiyası ilə yenidən gündəmə gəlib.

Tribuna.az xəbər verir ki, 38 yaşlı sənətçi təsisçisi olduğu “Savage X Fenty” brendinin 2026-cı il Milad kolleksiyasının reklam kampaniyası üçün kamera qarşısına keçib.

Fotosessiyada Rihanna qırmızı-çəhrayı rəngli, çiçək naxışlı krujevalı bodi, qara uzun corablar və hündürdaban ayaqqabılar geyinib.

Rihanna paylaşımına “Yaramaz olmaq səni hədiyyəyə çevirəndə!” məzmunlu zarafatcıl qeyd də əlavə edib.

Qeyd edək ki, müğənni “Savage X Fenty” brendini 2018-ci ildə yaradıb. Brend alt geyimləri ilə yanaşı, ev geyimləri və pijama kolleksiyaları da təqdim edir. Rihanna son kampaniyada həm dəbdəbəli alt geyimləri, həm də bayram kolleksiyasını ön plana çıxarıb.

Gülşən Rəsul