Amerika siyasətində son 10 ildə davam edən “Tramp dövrü” Respublikaçılar Partiyasının aralıq seçkilərdə tarixi məğlubiyyətindən sonra başa çatır.
Tribuna.az Kyodo agentliyinə istinadən xəbər verir ki, bu, agentliyin dərc etdiyi məqalədə yer alıb.
Məqaləyə görə, Tramp davamlı olaraq böyük səhvlər edib. İrana hücum və idxal mallarına yüksək tariflərin tətbiqi qiymətlərin artmasına səbəb olub və bu, tamamilə Trampa təslim olan Respublikaçılar Partiyasının məğlubiyyətinin ən vacib səbəbi olub.
Müəlliflər hesab edirlər ki, Tramp yeni macəralara əl ata bilər və bu, qlobal siyasəti daha da qeyri-sabitləşdirə bilər.









