Ramazan ayının iyirmi üçüncü gününün imsak, iftar və namaz vaxtları
Sabah Ramazan ayının iyirmi üçüncü günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 14-də imsak vaxtı saat 04:35-də, iftar vaxtı isə 19:32-dədir.
Aprelin 14-ü üçün namaz vaxtları:
Sübh azanı
04:40
Zöhr azanı
12:41
Əsr azanı
17:22
Məğrib azanı
19:32
İşa azanı
20:37
İyirmi üçüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin!”
Tərcüməsi: “İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”