Türkiyəli müğənni Rafet El Roman qızının səhnə geyimi ilə bağlı maraqlı açıqlama verib.
Tribuna.az xəbər verir ki, sənətçi çıxışı zamanı qızının səhnəyə dekolteli, qısa və qara paltar çıxmaq istədiyini bildirib.
Rafet El Roman bu geyimə etiraz etdiyini və qızına səhnədə belə geyinməsinə icazə vermədiyini deyib:
“Qızım səhnəmə dekolteli, qısa, qara bir paltarla çıxmaq istəyirdi. Çox net dedim ki, mənim səhnəmdə belə geyinə bilməzsən.
Mənim də tabularım var. Gedib menecerin idman dəstini aldı, onu geyinib, səhnəyə elə çıxdı”.
Sənətçinin bu sözləri sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. İzləyicilər atanın qızına qarşı bu qadağasını bəyəniblər.
Gülşən Rəsul











