RADİOTEZLİKLƏRDƏN İSTİFADƏ QAYDASI DƏYİŞDİ…

RADİOTEZLİKLƏRDƏN İSTİFADƏ QAYDASI DƏYİŞDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Radiotezliklərdən istifadə əvvəlki qaydada olmayacaq. Yeni Qaydalara görə, istənilən tezlik resursu 10 il müddətinə veriləcək, sonra yenidən müsabiqə və yenidən ödənişlər olacaq.

Tribuna.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, ən maraqlısı odur ki, əgər kimsə tezlik üçün ödəniş edib, lakin 3 ay müddətində istifadəyə başlamasa, onda ayrılmış tezlik resursu geri alınacaq:

“Radiotezliklərin və həmin radiotezliklərə köklənmiş radioelektron vasitələrin qanunsuz istifadəsinə, radioelektron vasitələrin və yüksəktezlikli qurğuların istehsalı, əldə edilməsi, idxalı, istifadəsi və qeydiyyatı qaydalarının pozulmasına qarşı cəzalar sərtləşdirilib.

Nəzərə alsaq ki, tezlik resursu məhduddur və dövlətə məxsusdur, onda hər iki yanaşma doğrudur.
Hazırda elə qurumlar var ki, məhdud tezlik resurslarını ələ keçirib, cüzi ödəniş edib, “tezlik mənimdir , heç kimə vermirəm” prinsipi ilə hərəkət edir, ondan istifadə etmir.
Bir çox hallarda yeni texnologiyalar üçün tezlik resursları tapmaq xeyli çətinləşir.
Və yaxud da, məhdud tezlik resursu üzərində xidmət quran şirkətlər bir çox hallarda tezliklərdən səmərəsiz istifadə edir, lisenziya şərtlərinə əməl etmir.

Xatırlayıram ki, bir müddət öncə Qazaxıstanda 5G üçün auksiona çıxarılan tezliklər start qiymətindən 35 dəfə baha, təxminən 3 milyon dollara satılmışdı.

Ümid edirəm, yeni qaydalar dövlətə məxsus, məhdud tezlik resurslarından daha effektiv və səmərəli, həmçinin şəffaf və rəqabətli formada istifadəyə imkan yaradacaq”.