Paludan 2017-ci ildən başlayaraq hər ramazan ayında Danimarkanın müsəlman azlıqlar yaşanan müxtəlif şəhərlərində Quranın nüsxələrini yandırır. Axrıncı dəfə keçən il 13 may tarixində İsveçdə müsəlmanların yaşadığı ərazilərdə Quranı yandırıb.
Tribuna.az xəbər verir ki, bu barədə siyasi şərhçi Yeganə Hacıyeva Danimarkalı-İsveçli sağçı ekstremist Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran yandırmaq üçün keçirəcəyi nümayiş üçün polisdən icazə istəməsi və buna müsbət cavab alması ilə bağlı danışarkən deyib.
Y.Hacıyeva bildirib ki, o təşkil etdiyi aksiyalarda Quranı həmişə polislərin himayəsi altında yandırır:
“2022 ci ildə buna görə etirazçılarla polis arasında baş verən münaqişədə 26 polis və 14 etirazçı yaralanmışdı. Türkiyə səfirliyinin önündə Qurani Kərimin yandırılmasına etiraz olaraq Türkiyənin şəhərlərində müsəlman gənclər kilsəyə gül dəstələri gətirməklə etiraz ediblər”.
Tribuna.az









