Qəbələ şəhərinin Fəzil Rəhimov küçəsində yaşayan sakinlər ərazidə antisanitar vəziyyət yaratdığını bildiriblər.
Tribuna.az xəbər verir ki, bu barədə məlumat oxu.az-ın qaynar xəttinə daxil olub.
Qeyd olunub ki, başqa ərazilərdə zibil konteyneri olmadığından ətraf küçələrin sakinləri də tullantıları həmin nöqtəyə gətirirlər.
Sakinlərin sözlərinə görə, tullantılar günlərlə daşınmadığı üçün ərazidə üfunət var, həmçinin iri siçanlar müşahidə olunur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.









