QARABAĞDA TORPAQ İSLAHATI BELƏ APARILSA QAYIDIŞDA CİDDİ PROBLEM OLACAQ… – İQTİSADÇI AÇIQLADI

QARABAĞDA TORPAQ İSLAHATI BELƏ APARILSA QAYIDIŞDA CİDDİ PROBLEM OLACAQ… – İQTİSADÇI AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan kimi aqrar tipli, əhalisinin hər 2 nəfərindən birinin məşğulluq baxımından kənd təsərrüfatına, yaşayış baxımından isə kəndə bağlı olduğu ölkədə iri təsərrüfat modeli mümkünsüzüdür.

Tribuna.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev Qarabağda torpaq islahatı keçirməzdən öncə İsrailin və Türkiyənin təcrübələrinin öyrənilməsinə münasibət bildirərkən deyib.

İqtisadçı qeyd edib ki, böyük torpaq sahələri əhalinin maksimum 15-20%-nin kəndlərdə yaşadığı və urbanizasiyanın ən yüksək həddə olduğu, məşğul əhalinin isə cəmi 1-3%-nin aqrar sektorda çalışdığı sənayeləşmiş və yüksək texnoloji iqtisadi struktura malik ölkələrdə mümkündür:

“Belə ölkələrdə təmərküzləşmə 100 illərlə, təbii proses kimi baş verib. Azərbaycan kimi aqrar tipli, əhalisinin hər 2 nəfərindən birinin məşğulluq baxımından kənd təsərrüfatına, yaşayış baxımından isə kəndə bağlı olduğu ölkədə iri təsərrüfat modeli mümkünsüzüdür – ən azından yaxın 10 illər üçün.

Əgər Qarabağda torpaq islahatları ədalətsiz olsa, əvvəla qayıdışda ciddi problemlər olacaq. Digər tərəfdən də bu ölkədə çox ciddi sosial və siyasi narazılıqlara zəmin hazırlayacaq”.