Qarabağda internet və televiziya verilişləri dayandırıldı

Qarabağda internet və televiziya verilişləri dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Xankəndinin mərkəzində aksiya keçirən və yeni hərəkat yaratdıqlarını bildirən erməni separatçıları problemlə üzləşiblər. JAMAZ.İNFO xəbər verir ki, aksiyanı yayımlayan Qarabağdakı separatçılara məxsus telekanalın fəaliyyəti qəfildən dayanıb.

Məlumata görə, telekanalın fəaliyyəti ilə yanaşı, Qarabağ ərazisində internet də kəsilib.

Əvvəlcə bunu Azərbaycan tərəfinin üzərinə atmağa çalışan separatçılar, daha sonra etiraf ediblər ki, baş verənlərə səbəb texniki nasazlıqdır.