Fevralın 24-də Azərbaycan və Dağlıq Qarabağ nümayəndələrinin sülhməramlıların iştirakı ilə ilk görüşü baş tuttmuşdu.
Tribuna.az SputnikArmeniya-ya istinadən xəbər verir ki, bu gün Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovun Azərbaycan nümayəndələri ilə üçtərəfli görüşündə Laçın dəhlizi ilə avtomobil nəqliyyatının maneəsiz keçidinin bərpası və dəhlizdən təyinatı üzrə istifadə edilməsi faktının təsdiqi məsələsi müzakirə olunub.
Tərəflər elektrik enerjisinin verilişinin bərpası və qazın fasiləsiz verilməsi məsələlərini müzakirə ediblər.
İclas çərçivəsində iki yatağın Azərbaycan tərəfinin nümayəndələri tərəfindən ətraf mühitin monitorinqi imkanları nəzərdən keçirilib.
Gələcək əməkdaşlıq, gərginliyin azaldılması, regionda dinc həyatın bərqərar olması, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılması ilə bağlı razılaşmalar əldə olunub.









