“Qarabağ”ın futbolçusu tezliklə karyerasını bitirmək istəyir – SON DƏQİQƏ

“Qarabağ”ın futbolçusu tezliklə karyerasını bitirmək istəyir – SON DƏQİQƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın kapitanı Maksim Medvedev tezliklə karyerasını bitirə bilər.

34 yaşlı müdafiəçi bu barədə məşqçiləri məlumatlandırıb.

Son vaxtlar zədələrdən tez-tez əziyyət çəkən arxa xətt oyunçusu artıq butsılarını mıxdan asmağa hazırlaşdığını deyib. Əsas heyətdə yerini itirmiş Medvedev futboldan “üzüsulu” getmək istədiyini bildirib.

Ağdam təmsilçisi yaxınlarda ona yeni müqavilə təklif edib. Bütün karyerası Ağdam klubuna bağlı olan müdafiəçiyə daha 1 il burada çıxış etmək imkanı yaradılıb.

O, hələ kontrakta imza atmayıb. Qəti qərar verməyə çətinlik çəkir. Medvedevi eyni zamanda aldığı zədələrin uzun müddət davam etməsi qayğılandırır.

sportinfo.az