Türkiyədə zəlzələdə dağıntıları altında qalan vətəndaşlar xilas edilmələri üçün sosial şəbəkə hesablarından paylaşımlar edirlər.
Tribuna.az xəbər verir ki, dağıntılar altında qalan bir neçə vətəndaş telefonlarının yanında olması səbəbindən sosial media hesablarından məlumat və ya foto paylaşaraq kömək istəyiblər.
Bu paylaşımlar həmin şəxslərin daha tez tapılmasına köməklik etmiş olub.
Xatırladaq ki, Türkiyənin Şanlıurfa, Adıyaman, Adana, Qəhrəmanmaraş, Osmaniye, Hatay, Qaziantep, Malatya, Diyarbəkir şəhərlərində 7.4 bal gücündə zəlzələ baş verib.
Tribuna.az










