Mayk Tayson Türkiyənin bu serialında rol alacaq – Foto

Mayk Tayson Türkiyənin bu serialında rol alacaq – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur boksçu Mayk Tayson Türkiyə istehsalı olan “Tuzlu Kahve” serialında qonaq aktyor kimi çıxış edəcək.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, serialın yaradıcı heyəti bu dəfə dünya şöhrətli idmançını ekranlara gətirməklə diqqət çəkib.

Serialın prodüseri Polat Yağcı aktyor heyətindən sonra qonaq rollarında da iddialı addımlar atmağa davam edir.

Hər həftə fərqli hadisələr və sürpriz qonaqlarla gündəmə gələn ekran işinə bu dəfə məşhur boksçu rəng qatacaq.

Məlumata görə, bütün zamanların ən böyük ağır çəkili boksçularından biri hesab edilən Mayk Tayson serialda Buğra Gülsoyun canlandırdığı Mehmet obrazının Amerikadan gələn dostunu oynayacaq.

Taysonun serialda hansı hadisələrlə yadda qalacağı və obrazının süjetə necə təsir edəcəyi isə maraqla gözlənilir.

Gülşən Rəsul