“Əliyev bildirib ki, azərbaycanlılar sərhəddən erməniləri görmədən keçməlidir. Bizim üçün ilk problem budur: qeyri-mütənasiblik”.
Tribuna.az xəbər verir ki, bunu erməni deputat Kristin Vardanyan deyib.
Onun sözlərinə görə, Azərbaycan tələb etdiyinin dəqiq müəyyən edilmiş miqdarını alır. “Amma Ermənistanın qarşılığında nə aldığı məlum deyil.
İkinci məsələ qarşılıqlılıqdır. Sünikdən keçən yolda TRIPP kimi tanınan rejim Naxçıvandan keçən yolda da işləsəydi, yəni hər iki hissədə eyni rejimlər tətbiq olunsaydı, qarşılıqlılıq təmin edilə bilərdi”.
Fərda Uğur









