Ukraynanın bu şəhərində atəşkəs ELAN EDİLDİ

Ukraynanın bu şəhərində atəşkəs ELAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə 05:00-dan) etibarən Xerson istiqamətində atəşkəs rejimi tətbiq olunub.

Tribuna.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Xerson vilayətinin Oleşki şəhəri ərazisində humanitar əməliyyata hazırlıq işləri ilə bağlı atəş dayandırılıb.

Qeyd edək ki, ötən həftə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov Oleşki şəhəri yaxınlığında humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar atəşkəs rejiminin tətbiq ediləcəyini bildirmişdi. Eyni zamanda, ABŞ-ın birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Oleşki şəhərində lokal atəşkəsə dair razılıq əldə olunduğu barədə məlumat yayılmışdı.