“PUTİNİN DONBASA GEDİŞİ PAŞİNYANIN ŞUŞA SƏFƏRİNƏ OXŞAYIR” – ANALİTİK

“PUTİNİN DONBASA GEDİŞİ PAŞİNYANIN ŞUŞA SƏFƏRİNƏ OXŞAYIR” – ANALİTİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğalçıların məntiqi eynidir. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya məxsus və işğal altındakı Mariupol şəhərinə gedişi Ermənistanın baş naziri Nikol Paşinyanın vaxtilə işğal altındakı Şuşaya gəlişinə bənzəyir”. Tribuna.az xəbər verir ki, ekspert Elxan Şahinoğlu Rusiya liderinin Donbasa səfərini belə şərh edib. Onun sözlərinə görə, Paşinyan hər səfərində “Qarabağ Ermənistandır” deyirdi, Putin də oxşarını deyir: “Donbass Rusiyanındır”. Onun fikrincə, bunları deyənlərin sülhə çağırışları sünidir, ancaq güc dilini anlayırlar”.


Qeyd edək ki, Putin işğal edilmiş ərazilərə gedib. İşğalçıların məntiqi eynidir. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya məxsus və işğal altındakı Mariupol şəhərinə gedişi Ermənistanın baş naziri Nikol Paşinyanın vaxtilə işğal altındakı Şuşaya gəlişinə bənzəyir. Paşinyan hər səfərində “Qarabağ Ermənistandır” deyirdi, Putin də oxşarını deyir: “Donbass Rusiyanındır”. Bunları deyənlərin sülhə çağırışları sünidir, ancaq güc dilini anlayırlar.
Putin qeyd edib ki, Moskvanın ünvanına ultimatumlu tələbləri mövcud reallıqlardan qopmaqdan və vəziyyətdən çıxış yolu tapmağa maraqlı olmamaqdan xəbər verir.