Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşib

Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşib.

Tribuna.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Psixiatriya yardımı haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, psixi pozuntu vəziyyətində olan şəxsin özünün, habelə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən qanuna 19.2-1-ci və 17.4-cü maddələr əlavə edilib.

Bu xüsusda psixi pozuntu vəziyyətində olan şəxslərin və ya onların qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qanuna yeni 17.2.5-ci maddə də əlavə edilib.

Eyni zamanda bu kateqoriyadan olan şəxslərin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı, psixiatriya müəssisəsinin rəhbəri tərəfindən dərhal həmin şəxslərin yaxın qohumlarına və qanuni nümayəndələrinə, prokurora və ya müvafiq səlahiyyətli şəxsə məlumat verilməsi ilə bağlı qanunun 25.1-ci maddəsinə əlavənin edilməsi nəzərdə tutulub.

Bununla yanaşı layihədə psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması, adıçəkilən şəxsə göstərilən yardım tədbirləri barədə məlumatların şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilməsi, həmin şəxsin qanuni nümayəndəsinə isə qeyd olunan məlumatların onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunması; habelə müalicədən imtina edilməsi ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsinə dair Qanunun 7.2-ci, 7.5-ci və 10.2-ci maddələrinə müvafiq müddəalar əlavə edilib.

Göstərilənlərdən əlavə, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilmiş, özünə və ya digərlərinə təhlükə yaradan şəxslərin digər pasiyentlərdən təcrid olunaraq müalicəsi və rejim qaydalarının təmin edilməsi məqsədilə qanuna yeni 12.4-cü və 24.2-1-ci maddələrin əlavə edilməsi nəzərdə tutulub.