Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin təslim olmaq tələbini rədd edib.
Tribuna.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərinə görə, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin təslim olmaq tələbini rədd edib.Audiomüraciət yayan Priqojin onların ayağına getmək niyyətlərinin olmadığını bildirib: “Biz boynumuzu büküb onların ayağına getmək niyyətində deyilik”.









