Pikenin yeni sevgilisi Klara Çia, medianın ona qarşı təzyiqlərinə dözə bilməyib və xəstəxanalıq olub.
Tribuna.az HaberGlobal-a istinadən xəbər verir ki, Çianın Barselonadakı klinikalardan birində müalicə aldığı öyrənilib.
23 yaşlı Çia Pike ilə münasibəti üzə çıxdıqdan sonra medianın diqqət mərkəzində olub. Pike bu yaxınlarda İnstaqramda ilk dəfə Çia ilə fotosunu paylaşdıqdan sonra sosial mediada ağır şərhlərə məruz qalıb.
Çia El Periodico qəzetinin təşviqi ilə sosial mediada bir çox insan tərəfindən təhqir olunub.
Bu təzyiqi həzm edə bilməyən gənc qadın narahatlıq keçirərək xəstəxanaya aparılıb.
Çianın Barselonadakı Quironsalud xəstəxanasında müalicə aldığı öyrənilib.









