PAŞİNYANIN ARVADININ 3.9 MİLYON DOLLARLIQ QIZILLARINI OĞURLADILAR

PAŞİNYANIN ARVADININ 3.9 MİLYON DOLLARLIQ QIZILLARINI OĞURLADILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın qızllları oğurlanıb. Tribuna.az xəbər verir ki, hadisə 20220-ci ilin noyabrında, Ermənistan parlamenti və hökumət binasına etirazçıların etdikləri basqın zamanı baş verib.
Bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, baş nazirin iqamətgahını qarət edənlərdən biri T.P, eyni niyyətlə baş nazir Paşinyana məxsus fərdi evə də daxil olub. O bir neçə nəfərlə evin 2-ci mərtəbəsindəki yataq otağına daxil olub. Otaqdakı dolabdan baş nazirin həyat yoldaşı Anna Akopyana məxsus 3.920.000 ABŞ dolları dəyərində xüsusi iri qızıl-zinət əşyalarını açıq şəkildə oğurlayıb. Həmin qızıl-ziynət əşyaları arasında qızıl saat, zəncir, kulon və bilərzik də olub.
T.P adlı həmin şəxs götürdüyü qızılların 551 min dollarlıq hissəsini hadisənin səhəri günü dostlarından birinə saxlamaq üçün verib. Lakin oğruynun dostu əlindəki qızılların 40 min dollarlıq hissəsini elə səhəri günü İrəvanın Komitas prospektində və Malatiya inzibati rayonunda yerləşən “Fast Credit” UOC lombardına girov qoyaraq, pul götürüb.