PAŞİNYAN TƏŞVİŞƏ DÜŞÜB – KTMT ERMƏNİSTANI TƏRK EDİR

PAŞİNYAN TƏŞVİŞƏ DÜŞÜB – KTMT ERMƏNİSTANI TƏRK EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, hakimiyyət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanı tərk etməsindən təşvişə düşüb.

Tribuna.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, Paşinyan açıqlamasında, “İstəsək də, istəməsək də, KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir” deyib.

Keçən il Paşinyan bəyan etmişdi ki, KTMT-də təşkilatın Ermənistanı itirəcəyi ilə bağlı qorxu var, amma o, bunu başqa cür ifadə edərdi – “KTMT-nin Ermənistanı tərk edəcəyi” qorxusu var.