PAŞİNYAN MİŞELLƏ REGİONDAKI HƏRBİ-SİYASİ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB

PAŞİNYAN MİŞELLƏ REGİONDAKI HƏRBİ-SİYASİ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan və Çarlz Mişel regionda sülh və sabitliyin təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini vurğulayıblar.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığında Cənubi Qafqaz regionunda hərbi-siyasi və humanitar vəziyyətlə bağlı məsələlər müzakirə olunub.

Paşinyan qeyd edib ki, Azərbaycanın Laçın dəhlizində fəaliyyəti Dağlıq Qarabağda ardıcıl olaraq etnik təmizləmənin həyata keçirilməsinə və ermənilərin oradan tam çıxarılmasına yönəlib.

Paşinyan və Mişel Ermənistan və Azərbaycan arasında aparılan danışıqlara dair fikir mübadiləsi aparıblar. Tərəflər regionda sülhün və sabitliyin təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini qeyd ediblər.