Avstraliyada siyasi qalmaqal fonunda NSW Nationals partiyasının lideri Duqald Saunders vəzifəsindən uzaqlaşdığını elan edib.
Tribuna xəbər verir ki, siyasətçi qərarını “ailə ilə bağlı şəxsi məsələlərə daha çox vaxt ayırmaq istəyi” ilə əsaslandırsa da, istefanın onun 19 yaşlı qızı Charlie Saundersin “OnlyFans” platformasında yayılan pornoqrafik görüntülərindən sonra gəlməsi geniş müzakirələrə səbəb olub.
Partiya daxilində Saundersin qərarının birbaşa qalmaqalla əlaqəli olmadığı vurğulansa da, sosial mediada mövzu böyük rezonans yaradıb. Tərəfdarları onun ailəsini qorumaq üçün geri çəkildiyini bildiriblər.
Liderlikdən getməsindən sonra NSW Nationals yeni sədrin seçilməsi üçün prosedura start verib. Saunders isə Dubbo dairəsinin parlament üzvü kimi fəaliyyətini davam etdirəcək.















