Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları dəyişdi

Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik olunub.

Tribuna.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, reyestrin aparılması qaydası zamanı 3×4 sm ölçüdə fotoşəkil tələbi aradan qaldırılacaq.

Həmçinin məhkəmə ekspertizası idarəsində təcrübə keçməsi barədə məlumat (təcrübə keçdiyi məhkəmə ekspertizası idarəsinin adı və təcrübə keçdiyi müddət) və məhkəmə ekspertinin intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat (olduğu halda) tələblərı siyahısından çıxarılır.