Papa XIV Leo trans qadınlarla eyni masada əyləşmədi – FOTO

Papa XIV Leo trans qadınlarla eyni masada əyləşmədi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar günü 48 nəfərdən ibarət bir qrup trans qadın Papa XIV Leo ilə birlikdə Vatikanda keçirilən böyük bir tədbirə qatılıb.

Tribuna.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Bu, Papa Fransiskin dövründən başlayan ənənənin davamıdır. Görüşlərin tarixi kökü isə Papa XIV Leonun sələfi olan Papa Fransiskin dövründən başlayır.

Belə ki, cinsi azlıqlara mənsub olan insanlardan ibarət LGBT icmasının üzvləri ilə görüşmə ənənəsi təxminən 2020-ci illərin əvvəllərindən formalaşmağa başlayıb. Tədbirlər ilk vaxtlar kimsəsiz və ehtiyacı olan insanlarla nahar etmək məqsədilə keçirilib. Sonralar Papanın icazəsi ilə kilsələrə sığınan və köməyə ehtiyacı olan bir qrup trans qadın bu naharlara dəvət edilməyə başlayıb.
Papa Fransisk həmin nahar süfrələrində trans qadınlarla birlikdə eyni masada əyləşirdi.
Lakin, keçmiş illərdən fərqli olaraq, bu dəfə keçirilən tədbirdə heç bir trans qadın Papanın əsas süfrəsində əyləşməyib.

Nəşrin məlumatına əsasən, qadınlar tədbirdə iştirak etməklə LGBT icması ilə katoliklər arasındakı münasibətlərdə inqilab yaradan mərhum Papa Fransisk tərəfindən açılan qapını açıq saxlamağa hazır olduqlarını göstərməyə çalışıblar. Naharda iştirak edən trans qadın, eyni zamanda italyan yazar Alessiya Nobil icma adından çıxış edərək Papa ilə bu görüşdən məmnunluq duyduqlarını vurğulayıb.

Sahilə Arifqızı