Pakistanın paytaxtı İslamabadda yaşayış sahəsinə gələn bəbir insanlara hücum edib, 4 nəfər yaralanıb. Səlahiyyətlilər sakinləri evlərində qalmağa çağırıb.
Tribuna.az “SonDakika” xəbər agentliyinə istinadən bildirir ki, xəbərdarlıqlar üzərinə İslamabad Vəhşi Təbiət İdarəsi tərəfindən bölgəyə çoxlu qruplar göndərilib.
Ətrafdakıların çəkdiyi kadrlarda bəbirin ətrafa qaçaraq insanlara hücum etdiyi və bir nəfərin silahla bəbirə atəş açdığı görünür.
Səlahiyyətlilər sakinləri evlərində qalmağa çağırarkən, bəbirin tikilməkdə olan binaların içərisində gizləndiyi bildirilib. Bəbirin haradan gəldiyi hələ məlum olmasa da, bəbiri tutmaq üçün işlər davam edir.









