Bir vaxtlar Türkiyədə milyonlarla tamaşaçının izlədiyi “Öyle Bir Geçer Zaman Ki” serialının iki sevilən aktyoru illər sonra bir araya gəlib.
Tribuna.az xəbər verir ki, serialda Cemile Akarsu obrazını canlandıran Ayça Bingöl və ailənin kiçik oğlu Osman rolunda yadda qalan Emir Berke Zincidi ötən gecə görüşüblər.
Onların bir araya gəlməsi serialın pərəstişkarları üçün nostalji anlar yaşadıb. Xüsusilə, ekran əsərində anası və oğlu canlandırdıqları aktyorların illər sonra görüşməsi diqqət çəkib.
Qeyd edək ki, 2010-2013-cü illərdə yayımlanan “Öyle Bir Geçer Zaman Ki” serialı Türkiyə televiziya tarixinin yadda qalan layihələrindən biri olub.
Erkan Petekkaya, Ayça Bingöl, Wilma Elles, Aras Bulut İynemli və Farah Zeynep Abdullah kimi aktyorların rol aldığı ekran əsərində Emir Berke Zincidi balaca Osman obrazı ilə böyük şöhrət qazanıb.
Gülşən Rəsul











