Baku TV-nin rəhbəri Orxan Məmmədov Dövlət Gömrük Komitəsinin hava limanında çalışan əməkdaşlarını tənqid edib.
Tribuna.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
Orxan Məmmədovun əcnəbi vətəndaşla maraqlı dialoqunu təqdim edirik:
“Gecə aeroportda bir saatdan çox çemodan gözləyirik. Bu vaxtı bir xarici vətəndaş məndən soruşur ki, bəs bir saatdı çemodan gəlmir.
Bəlkə Türkiyə göndərməyib çemodanımı?!
Dedim ki, my friend – Azərbaycan gömrük əməkdaşları Türkiyədən gələn çemodanları bir-bir dəqiqliklə yoxlayırlar ki, birdən çaşıb nəsə alıb gətirərsən.
Bəli, bu hissəni azərbaycanca dedim ki, qoy lap təkərə düşsün”.










